Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Ziya Bünyadov prospektində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də saat 10:36 radələrində qeydə alınıb. Belə ki, 77-CQ-502 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Kadrlardan görünür ki, sürücü bu manevr zamanı həm arxadan gələn avtomobilə, həm də sağ zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.
Daha sonra avtobus zolağına daxil olmağa çalışan sürücü son anda bu fikrindən daşınaraq hərəkətini əvvəlki istiqamətdə davam etdirib. Lakin bir qədər sonra o, yenidən qayda pozuntusuna yol verərək bütöv xəttin tələbini pozub, avtobus zolağına daxil olub və ara küçəyə dönüb.
Nərmin