Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına yansıyıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 29-da saat 11:13 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, sağa dönmək istəyən 10-GT-048 dövlət nömrə nişanlı “QAZ-3302” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa - avtobus zolağına keçib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Qeyd edək ki, görüntünü qeydə alan sürücü avtobus zolağına icazə verildiyi vaxt daxil olub. Bunu nəzərə alaraq qayda pozan yük maşınının sürücüsü öncədən düzgün zolaqda, yəni avtobus zolağında yerləşməli və ardınca sağa dönməliydi.
Nərmin