Prospektdə qəfil sola keçən “Prius” sürücüsü hamilə qadını xəstəxanalıq etdi VİDEO

21.04.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü sərnişinə qorxulu anlar yaşadıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına videomaterial göndərib. Hadisə aprelin 21-də saat 07:02 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-DY-224 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, qəfil sola keçid edərək həmin zolaqdakı sürücüyə qəza şəraiti yaradıb. İzləyici bildirib ki, avtomobildə olan sərnişin - hamilə qadın yaranmış vəziyyətdən həyəcan keçirdiyi üçün onu xəstəxanaya aparıb və bu səbəbdən doğum vaxtından əvvəl gerçəkləşib.  

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью