Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 6-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Nissan” markalı maşın, “Chevrolet” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin