Prospektdə qəzaya düşən sürücülər əlbəyaxa davaya çıxdı, yolda sıxlıq yarandı VİDEO

18.07.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 17-də günorta saatlarında baş verib. Belə ki, hərəkətdə olan 77-QU-036 dövlət nömrə nişanlı “Toyota” markalı maşın, 77-QJ-768 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilə çırpılıb. Kadrdan da göründüyü kimi, qəzadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb. Nəticədə yolda qısamüddətli sıxlıq yaranıb. Maşında olan sərnişinlər və yaxınlıqdakı vətəndaşlar onları ayırmağa çalışıblar. Ardınca sürücülər aralaşaraq maşınlarına əyləşiblər.

Sonda polis əməkdaşları müdaxilə edərək yolda hərəkəti bərpa edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью