Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 2-də günorta saatlarında Ziya Bünyadov prospekti istiqamətində qeydə alınıb.
Belə ki, “BakuBus” MMC-yə məxsus “BYD” markalı sərnişin avtobusu qarşıda hərəkətdə olan minik avtomobilinə çırpılıb.
Hadisə şahidinin iddiasına görə, minik avtomobilinin sürücüsü qəfil tormozlayıb. Bu zaman avtobus sürücüsü ara məsafəsini düzgün saxlamadığı üçün toqquşmanın qarşısını ala bilməyib.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin