Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxt küçələrinin səkiləri ilə bağlı yaranan vəziyyət artıq vətəndaşları narahat etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Xətai prospektində səkinin sahibkarlar tərəfindən zəbt edilməsi artıq adi hala çevrilib. Gah bəzi obyektlərin öz mallarını səkidə yerləşdirməsi, gah dareklam lövhələrinin piyadaların yolunu kəsməsi artıq vətəndaşları çıxılmaz vəziyyətdə qoyub.
Uşaq arabaları ilə hərəkət etməyə çalışan qadınlar, əlillər, hər dəfə qarşılarına çıxan maneələrə görə səkidən avtomobil yoluna düşüb irəliləməyə məcbur olurlar. Yaxınlıqdakı bazara doğru getmək sitəyənlər üçün isə bir başqa maneə ortaya çıxır. “Finance Group Accounting and Consulting” şirkətinə məxsus reklam lövhəsi düz səkinin ortasında divar kimi piyadaların önünə qoyulub.
Vətəndaşlar aidiyyəti qurumlardan bu cür problemlərin aradan qaldırılmasını tələb edir.
Səfər
Oxunub 22