Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Ziya Bünyadov prospektində dayanma-durma qaydasını pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 7-də günorta saatlarında qeydə alınıb.
Belə ki, 93 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-ME-364 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsini ikinci cərgədə saxlayaraq ərazidən kənarlaşıb.
Hadisə şahidinin iddiasına əsasən, sürücü marketə getdiyi üçün avtobusu yolun hərəkət hissəsində park edib.
Nəticədə o, ərazidən keçən avtomobillərin hərəkətinə çətinlik yaradıb.
Nərmin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.