Prospektdə təhlükəli manevr edən sürücü qəzadan güclə yayındı VİDEO

13.07.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş təhlükəli anlar avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 11-də saat 23:43 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, “Toyota” markalı avtomobilin sürücüsü qarşısında hərəkət edən nəqliyyat vasitəsinin qəfil dayanması səbəbindən anidən sağ zolağa manevr edir.

Bu zaman o, sağ zolaqda hərəkətdə olan avtomobillə toqquşmaq təhlükəsi ilə üzləşir və qəzadan son anda yayınır.

Sürücünün düşünülməmiş manevri digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradıb və zəncirvari qəza riskini artırıb.

Bir daha sürücülərə xatırladırıq ki, hərəkət zamanı düzgün ara məsafəsi saxlamaq vacibdir. Bu, öndəki avtomobil qəfil dayandıqda nəqliyyat vasitəsini vaxtında saxlamağa, təhlükəli manevrlərdən yayınmağa və yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkan verir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью