Prospektdə təhlükəli vəziyyət: Sürücü qəzadan güclə xilas oldu VİDEO

01.09.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 23-də saat 18:33 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-FS-138 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib və bu vaxt görüntünü qeydə alan maşına təhlükə yaradıb. Xoşbəxtlikdən sürücü son anda əyləci sıxaraq avtomobili saxlayıb və baş verəcək qəzanın qarşısını alıb. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью