Prospektdə xanım sürücülər qəza törətdi, maşınlardan biri yaman günə düşdü VİDEO

11.03.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Nəriman Nərimanov prospektində (Nəriman heykəlinin yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza martın 11-də saat 12:21 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-PB-463 dövlət nömrə nişanlı “Chevrolet Malibu” markalı maşın, 99-RZ-961 dövlət nömrə nişanlı “Haval” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb “Chevrolet” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da “Chevrolet”in ön tərəfi yararsız hala düşüb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью