Prospektdə zəncirvari qəza 3 maşın toqquşdu VİDEO

04.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində zəncirvari yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 4-də saat 17:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-VV-311 dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobil, 77-FD-973 dövlət nömrə nişanlı “Chevrolet” markalı maşınla, o isə öz növbəsində öndə dayanmış 77-GT-773 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillə toqquşub. Qəzaya səbəb ara məsafəsinin düzgün təyin olunmaması olub. Nəticədə hər üç maşına maddi ziyan dəyib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью