Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
Bildirilib ki, qəza iyulun 2-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-MM-144 dövlət nömrə nişanlı “Chevrolet” markalı, 77-XC-080 dövlət nömrə nişanlı “Changan” markalı, 77-KM-615 dövlət nömrə nişanlı “Ford” markalı və 99-KK-766 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər toqquşub.
Şahidlərin iddiasına əsasən, qəzaya “Changan” markalı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Hadisə nəticəsində hər dörd avtomobilə ciddi maddi ziyan dəyib. Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü Tural Tahir oğlu Abışzadə, sərnişini Fərqanə İsayeva, həmçinin “Hyundai” markalı avtomobilin sərnişini Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin