Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş də belə bir qərar qəbul edib.
Görüşdə İKTA İdarə heyətinin sədri Nail Mərdanov qeyd edib ki, tənzimləyici qurum "Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir.
Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir.
Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb.
Aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə "Ookla”nın "Speedtest” serverləri mövcuddur.
Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil.