Psixatriya xəstəxanasında ölüm hadisəsi, araşdırma başladı

27.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Yanvarın 26-da Kürdəmir rayonunda yerləşən Regional psixiatriya xəstəxanasında ölüm hadisəsi baş verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, xəstəxanaya aparılan Ağsu rayon sakini 1958-ci il təvəllüdlü Püstə Babayevanın vəziyyət qəflətən pisləşib. O, xəstəxanada vəfat edib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью