Psixi pozuntular genetikdir? AÇIQLAMA

19.06.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Psixi və davranış pozuntularının yaranmasını izah edən əsas yanaşmalardan biri biopsixososial modeldir. Bu modelə görə, bioloji, psixoloji və sosial faktorlar insanın psixi sağlamlığına birlikdə təsir göstərir. Psixi pozuntuların yaranma mexanizmlərində genetik meyillilik, neyrokimyəvi dəyişikliklər, travma və stress faktorları, eləcə də öyrənilmiş davranışlar mühüm rol oynayır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov psixi pozuntuların yaranması və artması barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, psixi sağlamlıqla bağlı statistik göstəricilərdə müşahidə olunan artımı yalnız xəstəliklərin çoxalması ilə əlaqələndirmək düzgün deyil:

“Burada həm müasir həyatın yaratdığı stres amilləri, həm də insanların psixi sağlamlıq barədə məlumatlılığının artması, mütəxəssislərə daha çox müraciət etməsi və diaqnostik imkanların inkişafı mühüm rol oynayır. Psixi pozuntular bəzən gözlənilmədən insan həyatına daxil olur, lakin onların yaranmasının arxasında konkret səbəblər dayanır. Hər nəticənin bir səbəbi olduğu kimi, insanın psixi vəziyyətinin formalaşmasında da müxtəlif amillər təsir göstərir. Genetik meyillilik bəzi hallarda bir nəsildə özünü göstərməsə də, sonrakı nəsillərdə üzə çıxa bilər. Buna görə də psixi sağlamlığa yalnız xəstəlik aspektindən deyil, insanın həyat boyu formalaşan bioloji, psixoloji və sosial təcrübələrinin nəticəsi kimi yanaşmaq lazımdır”.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью