Psixi xəstələrin sayı artır Son 5 ilin statistikası

29.07.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 5 ildə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2 dəfədən çox artıb.

AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 5 ildə psixi xəstəlik diaqnozu ilk dəfə qoyulan şəxslərin sayı 4 min 39 nəfərdən 8 min 376 nəfərə yüksəlib. 

Belə ki, 2020-ci ildə psixi xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 4 min 39 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 8 min 376 nəfər təşkil edib.

Bununla yanaşı, tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı da artıb. Belə ki, 2020-ci ildə qeydiyyatda olanların sayı 106 min 299 nəfər idisə, 2024-cü ildə bu rəqəm 117 min 718 nəfərə çatıb.

Əhalinin hər 100 min nəfərinə düşən ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 40,4-dən 82,1-ə, qeydiyyatda olan psixi xəstələrin sayı isə 1 060,2-dən 1 151,3-ə yüksəlib.

Rəsmi statistika son illərdə psixi sağlamlıq problemləri ilə bağlı ilk dəfə diaqnoz qoyulan və qeydiyyatda olan xəstələrin sayında artım müşahidə edildiyini göstərir.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью