Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə psixiatr Fernando Mora “Tengo un plan” podkastında danışıb.
Onun sözlərinə görə, insanın psixoloji rifahına daxili dialoqu böyük təsir göstərir. O bildirib ki, bir çox insanlar özləri ilə mənfi şəkildə danışır, özlərini sərt şəkildə tənqid edir və daim qınayırlar. Bu isə insanın özünün özünə düşmən çevrilməsinə səbəb ola bilər.
Psixiatr belə hallarda “güzgü texnikası”ndan istifadə etməyi tövsiyə edib. Bu üsulun mahiyyəti insanın güzgü qarşısında dayanaraq əvvəllər özü haqqında dediyi bütün mənfi fikirləri ucadan səsləndirməsindən ibarətdir.
Alternativ olaraq, Mora insanın uşaqlıq şəklinə baxaraq həmin sözləri kiçik yaşdakı özünə deməsini təklif edib. Onun sözlərinə görə, pasiyentlərin əksəriyyəti bunu etməkdə çətinlik çəkir və ya etsələr belə, əvvəlki sərt münasibəti davam etdirə bilmirlər.
Mütəxəssis bildirib ki, bu texnika həddindən artıq özünütənqidi davranışı üzə çıxarmaq üçün güclü vasitədir.
Sonda psixiatr insanlara özləri ilə mehriban danışmağı və yaxınlarına məsləhət verərkən istifadə edəcəkləri tonu özlərinə qarşı da tətbiq etməyi tövsiyə edib.
Həmidə İbrahimova