Psixiatriya müəssisələrində sıxlıq problemi var

03.03.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi qalmaqdadır.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Bildirilib ki, bu müəssisələrdə həkim və orta tibb heyəti üzrə kadr çatışmazlığı mövcuddur.

Həmçinin qeyd olunub ki, narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir.

Burada da ixtisaslı kadrların - narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью