Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır

17.01.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC (VÖEN – 1604035851) ilə satınalma müqaviləsi imzalayıb. 
Yeniavaz.com
xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bildirilir ki, Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC-dən ümumi dəyəri 502 min 655 manat 86 qəpik olan ərzaq məhsulları satın alacaq.
Məlumat üçün bildirək ki, “Qubadoğlu” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məhərrəmv Vüsal Qubad oğludur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью