News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Psixoloji travma insanların həyatında dərin izlər buraxan, bəzən uzun müddət davam edən, zehni və emosional sağlamlığa mənfi təsir göstərən bir vəziyyətdir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunlar təcrübələrin bədənin və ruhun müxtəlif hissələrində yaranan travmatik təsirləridir:"Travma yaşayan şəxslər bəzən onu həll etməkdə çətinlik çəkirlər.
Hər kəsin travma ilə üzləşməsi və ona reaksiya verməsi fərqli ola bilər.
Bəziləri bu çətinlikləri öz başlarına aşmağa çalışsa da, daha geniş və güclü dəstək sistemlərinə ehtiyac duyurlar.
Travmadan xilas olma prosesi zaman alır, özünə qarşı mərhəmət və başqalarından dəstək qəbul etmək vacibdir.Birincisi, insanların özlərində travmanı tanımaları və bu vəziyyətin onların həyatını necə təsir etdiyini anlamaları önəmlidir.
Hisslərinizi başa düşmək, onlarla üzləşmək və qəbul etmək travmanın təsirlərini daha yaxşı idarə etməyə kömək edə bilər.