Psixoloq emosional tükənmədən çıxış yolunu açıqladı | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır. Müasir həyat tərzi insanı davamlı məhsuldar və aktiv olmağa sövq edir.
Lakin resurslarımız məhduddur və bu, tez-tez emosional tükənmə – yəni “burnout” adlandırılan vəziyyətə gətirib çıxarır.
AzPost xəbər verir ki, kliniki psixoloq və EMDR-terapevt Nadejda Turlaeva bildirib ki, bu hal sadəcə yorğunluq deyil, enerjinin idarəsində ciddi pozulmadır.
Mütəxəssisin sözlərinə görə, tükənmə ilk növbədə həddindən artıq çalışan, hər şeyə cavabdeh olmaq istəyən, emosional cəhətdən həssas və perfeksionist insanlarda müşahidə olunur.
Onlar hər şeyin öhdəsindən təkbaşına gəlməyə çalışır, yorulmaqlarına baxmayaraq dayanmadan davam edirlər.
“Emosional tükənmə insanın özünü itirməsidir. Bədəniniz işləyir, gülümsəyirsiniz, amma içəridə boşluq hiss edirsiniz.
Bu hal “bir az da dözüm” düşüncəsi ilə başlayır. Sonra isə səbəbsiz göz yaşları, ümidsizlik, əsəb və yorğunluq gəlir”, – deyə Turlaeva qeyd
Psixoloq bildirir ki, beynimiz resursları hiss etmir, sadəcə vəzifənin vacibliyinə, təcili olmasına və daxili təzyiqə reaksiya verir.
Tam oxu
Xəbəri oxu