Psixoloq həkimə hücumdan danışdı: Bəzi insanlarda onlara qarşı inamsızlıq var | Icma.az
Icma.az bildirir, Sherg.az portalına istinadən. Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.Unikal xəbər verir ki,
İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib.
Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.Faktla bağlı araşdırma aparılır.Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, bu günkü İnsanın bir bəlası var, və oda inamsızlıqdır:“İnamsızlıq insanın öz içində düşdüyü ən dərin quyudur.Ancaq insan övladı hər vəziyyətə öyrəşməli, öyrəşə bilmədikdə problemdən çıxış yolunu tapmalıdır.
Aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar. Bunlardan birincisi ailədaxili gərginlikdir.
Ailə daxilində olan ünsiyyət azlığı, bir-birlərini dinləyə bilməmək aqressiyanın yaranmasına səbəb olur.
İnsanın daxilində müəyyən tələbatlar ödənmədiyi üçün onlar cəmiyyət arasına çıxdıqları vaxt hər xırda məsələdən qıcıqlana bilir,heç kimə inanmır güvənmir, və bu da aqressiv davrınışa gətirib çıxarır.Elə insanlar var ki, onlar hər hadisəyə görə dərhal reaksiya verir.
Bəzi insanlarda isə həkimlərə qarşı inamsızlıq var ki buda bəzi dirnaq arası doktorların rüşvət və məsuliyyətsizliyinin nəticəsidir.
Buda özünə və özündən olana inanmamasına gətirib çıxarır. Hazırda dünyada kütləvi savadsızlıq, fəlsəfədən uzaqlaşmaq tendensiyası var.
Tam oxu
Xəbəri oxu