Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Son günlər artan yanğın və partlayış xəbərləri insanlarda görünməyən, amma güclü bir gərginlik yaradıb. Sanki hər xəbər insan beynində “növbəti harada olacaq?” sualını alovlandırır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Leyli Əli deyib.
Onun sözlərinə görə, qorxu hissi domino kimi yayılır, biri gərginləşdikcə digəri də təsirlənir:
“Sosial şəbəkələrdə yayılan videolar bu hissi bir anın içində daha da qatılaşdırır. İnsanlar təhlükəni sanki qapılarının önündə gözləyirmiş kimi davranmağa başlayır. Hər səs, hər yanıq qoxusu artıq adi gəlmir, beynin siqnalı dərhal yanıb-sönür. Psixoloji təzyiq altında olan insan özünü idarə etməkdə çətinlik çəkə bilər. Bu halda düzgün informasiya ən güclü sakitləşdirici rolunu oynayır. İnsan nə etməli olduğunu bildikdə qorxu gücünü itirir. Evlərdə sadə bir təhlükəsizlik planının olması belə güvən hissini xeyli artırır. Uşaqlarla sakit dildə danışmaq, onları qorxutmadan məlumatlandırmaq çox vacibdir. Hər kəs bilməlidir ki, panika təhlükəni yaxınlaşdırır, soyuqqanlılıq isə ondan qoruyur. Belə vəziyyətlərdə duyğunu boğmaq yox, paylaşmaq daha təhlükəsizdir. Söhbət etdikcə qorxunun kütləsi azalır, insan özü kimi olur. Çünki ən güclü alov bəzən bir damcı məlumatla sönə bilir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Leyli Əli deyib.