Olke.az saytına istinadən Icma.az xəbər verir. Yeniyetmələrin psixologiyası mövzusunda danışan psixoloq Elmir Əkbər valideynlərə ciddi xəbər
"Ölkə.az" xəbər verir ki, "Künc-bucaq" yutub kanalına müsahibə verən pqsixoloq gənclərin aqressiyası və səhv addımları barədə danışıb.
Onun sözlərinə görə, gənclərin aqressiyasına və səhv addımlarına vaxtında nəzarət edilməsə, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər.
“Qəzəbini cilovlaya bilməyən gənc sabah narkoman, alkoqolik və ya qumarbaz ola bilər.
Çünki bu dövr insanın həm fizioloji, həm də psixoloji partlayış mərhələsidir”, – deyə psixoloq bildirib.
Mütəxəssis vurğulayıb ki, valideynlər çox vaxt övladlarının səhvlərini görmək istəmir, yaxud öz problemlərini uşaqlarına yükləyirlər: “Valideyn əvvəlcə özünü tərbiyə etməlidir ki, övladını düzgün yetişdirə bilsin.
Əgər ata və ya ana psixoloji baxımdan gərgin və aqressivdirsə, bu hal övlada da keçir.
Sosial şəbəkələrdə uşaqları ailələrdən uzaqlaşdıran və məhv edən qüvvələr var.