Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13.11.2026

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.


"Psixoloq ştatlarının ayrılması ilə bağlı Nazirlər Kabinetinin 70 nömrəli qərarı var. Təbii ki, bu yetərli deyil, çünki min nəfərə cəmi bir psixoloq düşür. Eyni zamanda bizim "Məktəblinin dostu" layihəmiz var, 400 məktəbdə bu işləri görürük, 1300-dən çox sosial pedaqoqumuz var".

Medicina.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

"Əhatəliliyi artırmaqla bağlı işlər görməliyik. Açığı planlarımız var, amma aidiyyəti qərarlar yoxdur deyə nə biz, nə də Maliyyə Nazirliyi yəqin ki, bunu hələ elan etməyəcəyik. 2028-ci ildən təşəbbüslərimiz olacaq", - deyə nazir müavini bildirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью