PSJ 13cü dəfə Fransa Superkubokunun qalibi olub

05.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ və “Monako” komandaları Fransa Superkuboku uğrunda görüşdə üz-üzə gəliblər.

“Report” xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərində baş tutub.

Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.

Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titul sahibi olan “Lion”dur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью