PSJ 17 yaşlı argentinalıya görə 45 milyon verməyə hazırdır

31.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ "River Pleyt"in 17 yaşlı yarımmüdafiəçisi Franko Mastantuononun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçunun təzminat məbləği 45 milyon dollardır. PSJ bu pulu dərhal ödəməyə hazırdır.

Mastantuononun özü isə  Libertadores və klublararası dünya çempionatında "River Pleyt"in heyətində yer almaq istəyir. O, 2025-ci ilin sonuna qədər Avropaya getməyə bilər.

Qeyd edək ki, yarımmüdafiəçi 2025-ci il mövsümündə "River Pleyt"in heyətində 19 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью