PSJ 17 yaşlı futbolçu üçün Argentina klubu ilə danışıqlara başladı

31.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Fransanın PSJ klubu Argentina təmsilçisi "River Pleyt"də çıxış edən Franko Mastantuononu heyətinə qatmaq istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.

17 yaşlı yarımmüdafiəçi 45 milyon dollar qarşılığında komandadan ayrıla bilər. Fransa çempionu argentinalı oyunçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Franko Mastantuono 2025-ci il mövsümündə meydana çıxdığı 19 matçda yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью