Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Fransanın PSJ klubu futbolçusu Dezire Duenin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Axar.az xəbər verir ki, 19 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.
Paris təmsilçisi oyunçunun maaşını da əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Qeyd edək ki, Dezire Due cari ildə "Qızıl oğlan" mükafatının sahibidir.