PSJ 3 xalı darmadağınla qazanıb

09.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Futbol üzrə Fransa Liqa 1-də XXI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun bağlanış oyununda PSJ öz meydanında "Marsel"lə qarşılaşıb. Görüş Paris təmsilçisinin 5:0 hesablı darmadağını ilə başa çatıb. Qolları Usman Dembele (2), Fakundo Medina (avtoqol), Xviça Kvaratsxeliya və Li Kan İn vurublar.

Bu qələbədən sonra xallarını 51-ə çatdıran PSJ liderliyə yüksəlib, 39 xalı olan "Marsel" isə 5-ci pillədə qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью