PSJ 50 ildir ev oyunlarını keçirdiyi stadionu tərk edir | Icma.az
Icma.az bildirir, Azpost saytına əsaslanaraq. Fransanın PSJ komandası ev oyunlarını keçirdiyi ”Park de Prens” stadionunu tərk edəcək.
Bu barədə paytaxt klubunun sahibi Nasser əl-Xəlaifi məlumat verib.
Qətərli iş adamı bildirib ki, çoxsaylı cəhdlərə baxmayaraq, arenanın satışı ilə bağlı Paris şəhər bələdiyyəsini razı sala bilmirlər.
O, azarkeş tutumunu artırmaq üçün stadionu satın almaq istəyir. Funksioner yeni arenanın 3-4 il ərzində hazır olacağını bildirib.
Qeyd edək ki, PSJ komandası 1974-cü ildən ev matçlarını ”Park de Prens”də keçirir(azərtac).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu