PSJ 55 milyona oyunçu alır

15.08.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

PSJ 21 yaşlı belçikalı cinah oyunçusu Mika Qodtsun transferi ilə bağlı "Ayaks"la razılığa gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Paris klubu təklifini artırıb və futbolçu üçün 55 milyon avro ödəməyə hazırdır. Amsterdam təmsilçisi bu şərtlərlə razılaşıb, lakin tərəflər hələ transferi rəsmiləşdirməyiblər. Lazımi sənədlər hələ imzalanmayıb.

Qodts 2023-cü ilin yanvarından "Ayaks"da çıxış edir. O, "Genk"dən Amsterdam klubuna keçib.

Belçikalı futbolçu cari mövsümdə 4 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью