PSJ 60 milyonluq futbolçu ilə maraqlanır

27.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

PSJ hücum xəttini gücləndirmək üçün "Real"ın Betis"in oyunçusu Abde Ezzalzoulini potensial namizəd kimi nəzərdən keçirir. Sport24.az "Sport" portalına istinadən xəbər verir ki, İspaniya klubu mərakeşli futbolçunu qış "transfer pəncərəsi" dövründə buraxmaq niyyətində olmasa da, cəlbedici təklif gələcəyi təqdirdə mövqeyini dəyişə bilər.

Fransa təmsilçisinin bu marağı Xviça Kvaratsxeliya və Dezire Dueyenin zədələnməsi ilə əlaqədardır. Bununla belə, PSJ-nin baş məşqçisi Luis Enrike bildirib ki, klubun transfer bazarına çıxmaq kimi bir öhdəliyi yoxdur və onlar altı aylıq qısamüddətli müqavilələrlə oyunçu cəlb etməyi planlaşdırmırlar.

Qeyd edək ki, Abdenin müqaviləsindəki sərbəst qalma məbləği (təzminat) 60 milyon avro təşkil edir. 2023-cü ildə futbolçunu 7,5 milyon avroya satan "Barselona" onun gələcək transferindən 20 faizlik payı özündə saxlayıb. Oyunçu 60 milyona satılarsa, Kataloniya klubu 12 milyon avro əldə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью