PSJ Alberto Moleyro ilə maraqlanır

25.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Vilyarreal"ın futbolçusu Alberto Moleyro ilə maraqlanır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.

Paris klubunun iki cinah oyunçusu - Dezire Due və Xviça Kvaratsxeliya zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bunu nəzərə alan PSJ rəhbərliyi sol cinah oyunçusu kimi də çıxış edə bilən Alberto Moleyronu mümkün transfer siyahısına daxil edib.

Xatırladaq ki, oyunçunun "Vilyarreal"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью