PSJ Arda Güleri yüksək maaşla heyətinə cəlb etmək istəyir

12.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

PSJ “Real Madrid”in yarımmüdafiəçisi Arda Güleri heyətinə qatmaq istəyir.

İdman.Biz "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı futbolçuya illik 15 milyon avro maaş təklif edə bilər.

Nəşrin iddiasına görə, bu məbləğ Ardanın Madrid klubunda qazandığından xeyli yüksəkdir. Bununla belə, konkret təklifin göndərildiyinə dair rəsmi təsdiq yoxdur.

Türkiyəli futbolçunun ilkin müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. İspaniya mediasında isə tərəflərin əməkdaşlığı 2031-ci ilədək uzatmaq və oyunçunun maaşını artırmaq üzərində çalışdığı barədə məlumatlar yayılıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью