PSJ Asensioya qiymət qoydu

04.06.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

PSJ futbolçusu Marko Asensionu satmaq qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Baş məşqçi Luis Enrike mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən Asensionu növbəti mövsüm üçün planlarına daxil etməyib.

PSJ onu transfer siyahısına daxil edib. Futbolçu üçün qiyməti 20 milyon avro müəyyənləşdiriilb. 

İngiltərə klubunun heyətində Asensio bütün turnirlərdə 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib. 2024/25 mövsümündə PSJ-də yarımmüdafiəçi 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью