PSJ Aston Villa matçından öncə azarkeşlər arasında insident yaşanıb

09.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ - "Aston Villa" oyunu ərəfəsində insident yaşanıb.

Oxu.Az xəbər verir ki, matçın keçiriləcəyi Parisdə bir bar qarşısında iki komandanın azarkeşləri arasında toqquşma baş verib. Bu barədə RMC Sport məlumat yayıb.

Kütləvi toqquşmanın detalları barədə informasiya olmasa da, bara ciddi ziyan dəydiyi bildirilir. Fransa Daxili İşlər Nazirliyi oxşar hadisənin təkrarlanmaması üçün gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu aprelin 15-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью