PSJ Aston Villa oyunu öncəsi dava Video

09.04.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-"Aston Villa" oyunu ərəfəsində insident yaşanıb.

Axar.az xəbər verir ki, matçın keçiriləcəyi Parisdə bar qarşısında iki komandanın azarkeşləri arasında toqquşma baş verib.

Kütləvi toqquşmanın detalları barədə informasiya olmasa da, bara ciddi ziyan dəydiyi bildirilib.

Fransa Daxili İşlər Nazirliyi oxşar hadisənin təkrarlanmaması üçün gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu aprelin 15-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью