PSJ azarkeşlərinə hücum edildi

06.05.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ azarkeşlərinə hücum edildi

Çempionlar Liqasının yarımfinalından öncə Münhendə PSJ azarkeşlərinə hücum edilib.

QOL.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, metro stansiyalarından birində təxminən 60 nəfərlik alman fanat qrupu 15-ə yaxın parisli azarkeşi vaqondan kənara çıxarıb. Polis müdaxilə edərək daha böyük insidentin qarşısını alıb.

Bununla yanaşı, vaqonlarda yaranan tüstülənmə səbəbindən bəzi qatarlar təxliyə olunub və hərəkət müvəqqəti dayandırılıb. Nəticədə azarkeşlərin bir hissəsi stadiona piyada getmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Bavariya" - PSJ matçı bu gün Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə PSJ 5:4 hesabı ilə qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью