PSJ azarkeşlərinə qadağa qoyuldu

27.03.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PSJ azarkeşləri Fransa çempionatının 27-ci turunun "Sent-Etyen"lə səfər oyunu stadiondan izləyə bilməyəcəklər.

QOL.az xəbər verir ki, bu barədə Leura prefekturası qərar qəbul edib.

Prefektura hesab edir ki, matç ictimai iğtişaşlara səbəb ola bilər. Qurumun iki komandanın azarkeşləri arasında uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq belə qərar verib. Sərəncamda 2015-ci ilin yanvarından bu yana komandalar arasında keçirilən oyunlarda baş verən bir neçə insident də sadalanıb.

"Sent-Etyen" - PSJ matçı martın 29-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью