Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ vingeri Bredli Barkolanı satmağa tələsmir.
Apasport.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Paris klubu 23 yaşlı futbolçu ilə yollarını yalnız 150 milyon avroluq təklif gələcəyi halda ayırmağa hazırdır.
Mənbənin məlumatına görə, Barkola ilə “Liverpul” və “Arsenal” maraqlanır. Hər iki klub hazırda Fransa millisinin üzvünü transfer etmək üçün Paris təmsilçisi ilə danışıqlar aparır.
Qeyd edək ki, Barkola ötən mövsüm bütün turnirlərdə 49 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Lemina qərarını dəyişdi – “Qalatasaray”ın təklifini rədd etdi Laporta təsdiqlədi – “Barselona” Alvarez üçün təklif göndərib “Qalatasaray”dan Bremer bombası – Tək problem maaşdır “Yuventus”dan yeni transfer – Zeki Çeliklə 3 illik müqavilə Rəşad Sadıqov: “Püşkdən əvvəl ‘Torpedo’nu istəmirdik”