Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada davam edən genişmiqyaslı etiraz aksiyalarına və iğtişaşlara baxmayaraq, UEFA Çempionlar Liqasının III turu çərçivəsində keçiriləcək PSJ – “Barselona” matçı təxirə salınmayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunes məlumat verib. Hüquq-mühafizə orqanlarının gücləndirilmiş iş rejimində çalışacağını bildirən nazir qarşılaşmanın nəzərdə tutulduğu vaxtda baş tutacağını təsdiqləyib.
PSJ – “Barselona” görüşü oktyabrın 20-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək.