Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın PSJ və İspaniyanın “Barselona” futbol komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunun hakim təyinatları açıqlanıb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Parisdə baş tutacaq qarşılaşmanı İngiltərədən olan Maykl Oliver idarə edəcək.
Ona həmyerliləri Stüart Bört və Ceyms Meynverinq kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Robert Cons yerinə yetirəcək.
Video köməkçi hakim (VAR) italiyalı Marko Di Bello, onun assistenti (AVAR) isə həmyerlisi Daniele Kiffi olacaq.
Qeyd edək ki, Maykl Oliver ardıcıl ikinci mövsümdə PSJ - “Barselona” qarşıdurmasına təyinat alıb. İngiltərəli hakim ötən mövsüm Kataloniya təmsilçisinin 1:2 hesabı ilə uduzduğu qarşılaşmanı idarə edib və altı sarı vərəqə göstərib.
Oliverin PSJ-nin iştirak etdiyi son altı Çempionlar Liqası matçındakı nəticələri də Paris klubunun xeyrinədir: dörd qələbə, bir heç-heçə və bir məğlubiyyət.
Maykl Oliver 28 avqust 2024-cü ildə “Qarabağ”ın “Dinamo” (Zaqreb) ilə Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi və 0:2 hesabı ilə uduzduğu görüşün də baş hakimi olub.
Xatırladaq ki, PSJ - “Barselona” qarşılaşması oktyabrın 20-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.