PSJ Barselona nın futbolçusu ilə razılaşdı

26.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ "Barselona"nın futbolçusu ilə razılaşdı

PSJ "Barselona"nın futbolçsu Pedro Ferrnandesi heyətinə qatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrritsio Romano məlumat yayıb.

Paris təmsilçisi 18 yaşlı sol cinah yarımmüdafiəçisi ilə razılığa gəlib. Artıq tərəflər arasında müqavilənin bütün detalları dəqiqləşdirilib.

PSJ oyunçunun 6 milyon avroluq sərbəst qalma məbləğindən bir qədər çox məbləğ ödəməyə razılaşıblar. Bu, danışıqları sürətləndirmək və transferi təmin etmək üçün edilib.

Qeyd olunub ki, oyunçu tibbi müayinədən keçmək və sənədləri rəsmi olaraq imzalamaq üçün Parisə yollanıb. Transferlə bağlı yaxında açıqlama yayılacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl "Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçu Pedro Fernandezin əsas komanda ilə məşq etməsinə qadağa qoymuşdu. Ona "Barselona"nın məşq mərkəzində sadəcə fərdi məşq etməyə icazə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью