Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-nin maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes.net" yayıb.
Mənbənin məlumatına görə, Fransa klubunun baş məşqçisi Luis Enrikenin 21 yaşlı futbolçunu heyətində görmək istədiyi və PSJ-nin Qavinin transferi üçün təxminən 45 milyon avroluq təklif hazırlaya biləcəyi bildirilir.
Qavinin “Barselona”da oyun praktikası azalıb. Hansi Flik futbolçunu nəzərə alsa da, onun mövsümün əvvəlində əsas heyətdəki rolu məhdud olub.
Futbolçunun özü hazırda “Barselona”da qalmaq və komandada özünü yenidən əsas oyunçulardan birinə çevirmək istəyir. Lakin oyun vaxtının artmaması halında onun gələcəyi ilə bağlı vəziyyət dəyişə bilər.
PSJ-nin isə Qavinin vəziyyətini izlədiyi və yanvar transfer pəncərəsində rəsmi təklif göndərmək imkanını nəzərdən keçirdiyi qeyd olunur.
Əlisahib İbrahimli