PSJ Barselona nın oyunçusunu oğurlayır

04.10.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın ispaniyalı mərkəz müdafiəçisi Erik Qarsiya bu mövsüm başa çatdıqdan sonra azad agent kimi Fransanın PSJ klubuna keçə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı ispan futbolçu yaxın bir neçə ay ərzində kataloniyalılarla yeni müqavilə imzalamasa, Paris klubu onunla danışıqlara başlayacaq. "Barselona" rəhbərliyi isə öz növbəsində Qarsiya ilə 2030-cu ilə qədər yeni uzunmüddətli müqavilə imzalamaqda maraqlıdırlar. Futbolçu isə qərar verməyə tələsmir.

Qeyd edək ki, müdafiəçi 2021-ci ildən "Blaugrana"da çıxış edir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində İspaniya çempionatında 7 oyun keçirib, 1 qol vurub.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью