PSJ Barselona nın rekordunu TƏKRARLADI

31.05.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ümumilikdə 45 qol vurub.

Redaktor.az sport24.ru-ya istinadən xəbər verir ki, bu göstərici turnirin 1999/2000 mövsümündə qeydə alınmış rekorda bərabərdir.

Həmin mövsümdə "Barselona" finala yüksələ bilməsə də, 45 qol vurmağa nail olmuşdu.

Maraqlı məqamlardan biri də odur ki, hər iki rekorda Luis Enrikenin birbaşa aidiyyəti var. İspaniyalı mütəxəssis 1999/2000 mövsümündə "Barselona"nın heyətində futbolçu kimi, 2025/2026 mövsümündə isə PSJ-nin baş məşqçisi qismində bu göstəriciyə imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью