PSJ Barselona ya 70 milyon avro ödəməyə hazırdır

15.10.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın müdafiəçisi Erik Qarsiya karyerasını Fransa çempionatında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Liqa 1 nəhəngi Qarsiyanı mövsümün sonunda heyətinə qatmağa çalışacaq. PSJ 25 yaşlı mərkəz müdafiəçisi üçün La Liqa klubuna 70 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2017-ci lin yayında "Mançester Siti"yə keçib və 4 il sonra əvvəlki klubuna qayıdıb. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью