PSJ “Barselona”nın ulduzuna 200 milyondan çox təklif etməyə hazırdır

07.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

"Barselona"nın vingeri Lamine Yamal PSJ klubunun marağına səbəb olub. Onun transferi üçün Liqa 1 çempionu 222 milyon avrodan çox təklif etməyə hazırdır. 

Lent.az bildirir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Qeyd olunur ki, PSJ ispaniyalının yeni müqaviləsi ilə bağlı çətin danışıqlardan yararlanmağı planlaşdırır. Fransız nəhəngi Yamala görə braziliyalı Neymar üçün ödədiklərindən daha çox pul ödəməyə hazırdırlar. Hücumçunun da böyük maaşı olacaq.

Məlum olduğu kimi, Yamalın "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

Cinah oyunçusunun agenti Jorje Mendeş Kataloniya klubu ilə yeni müqavilə imzalamaqda maraqlıdır. O, 2030-cu ilə qədər hesablanmalıdır. Yeni müqavilə iyulda, hücumçunun 18 yaşı tamam olanda qüvvəyə minə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью